ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ-ın İT şirkəti Microsoft-un nazirliyin kompüter sistemlərinə texniki dəstək üçün çinli mühəndislərdən yardım alması məsələsinin araşdırılacağını bəyan edib.
Turkustan.az xəbər verir ki, ABŞ Müdafiə Naziri Heqset X, Microsoft-un Nazirlikdəki kompüter sistemləri ilə bağlı Çin mühəndislərindən kömək alması xəbəri ilə bağlı sosial media hesabından açıqlama verib.
Bu vəziyyətin ən qısa zamanda araşdırılacağını bildirən Heqset: "Xarici ölkələrdən, o cümlədən Çindən heç bir mühəndisin Müdafiə Nazirliyi sistemlərinə daxil olmasına icazə verilməməlidir" dedi.
Microsoft-un sözçüsü Frank Şou X sosial media hesabından verdiyi açıqlamada iddialara cavab verib.
Şou Microsoft-un problemlə bağlı narahatlıqlardan sonra dəyişikliklər etdiyini və texniki dəstəyin bir daha Çində yerləşən mühəndislərdən alınmayacağını bildirdi.
Aytən Yaşar/ Turkustan.az