Sveyda şəhərində baş verən hadisələri bəhanə edərək iki gündür Suriyaya hücumlar həyata keçirən İsrail ordusu işğal altındakı Colan təpələrində əksər druzların yaşadığı Məcdəl Şəms qəsəbəsindən bir qrupun hasarları aşaraq Suriya ərazisinə doğru irəlilədiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, İsrail mediası hadisənin druzların həmyerlilərinin mərkəzdə yerləşdiyi Sveyda şəhərindəki hadisələrə etiraz etmək üçün bölgədə təşkil etdiyi nümayişlər zamanı baş verdiyini bildirib.
Ordunun bəyanatında deyilir ki, İsrail əsgərləri Suriya ərazisinə qanunsuz daxil olan onlarla mülki vətəndaşı geri qaytarmaq üçün hərəkətə keçib.
Toqquşmaların baş verdiyi Sveyda şəhərində Suriya bayraqları endirilib, druzların nəzarətində olan ərazilərdə isə İsrail bayraqları qaldırılıb.
Aytən Yaşar/ Turkustan.az