Ölümcül silahlar artıq yoldadır: İngilislər Ukraynada nüvə təxribatı hazırlayır


Britaniyanın istefada olan polkovniki Hamiş de Bretton-Qordon “The Telegraph” qəzetində dərc olunan məqaləsində Rusiya prezidentinin Ukraynada nüvə silahı tətbiq etməyə hazırlaşdığı ehtimalını irəli sürüb.

Turkustan.az xəbər verir ki, onun fikrincə, bu addım Ukrayna Silahlı Qüvvələrinin müqavimətini qırmaq məqsədi daşıya bilər.

Keçmiş hərbçi bildirib ki, bu ssenari Rusiya tərəfindən ciddi şəkildə nəzərdən keçirilir. O, həmçinin qeyd edib ki, Paris və Londonun son vaxtlar nüvə sahəsində əməkdaşlıq siqnalları Moskvaya cavab qabiliyyətinin nümayişi kimi dəyərləndirilə bilər.

Bretton-Qordon qeyd edib ki, Rusiyanın nüvə silahına əl atacağı təqdirdə, Qərb ölkələri də buna eyni şəkildə cavab verəcək və bu Rusiya üçün çox ağır nəticələrə səbəb olacaq.

Eyni mövzuya toxunan MAQATE rəhbəri Rafael Qrossi isə Ukraynanın 1990-cı illərdə nüvə arsenalından imtinasını xatırladaraq, bu silahların qorunmasının ölkənin taleyinə təsir edə biləcəyini bildirib. Rafael Qrossi Ukraynanın istənilən nüvə təxribatına cavab verəcək ağır texnikalı silahlarla təmin olunduğunu bildirib.

Məsələ Rusiya və Ukrayna ilə yanaşı Qərb ekspertləri arasında da müzakirə doğurub. Hərbi analitik Mixail Onufrienko isə yayılan ehtimalları tənqidi şəkildə dəyərləndirib və nüvə təhlükəsi ilə bağlı xəbərdarlıqları informasiya müharibəsinin bir hissəsi kimi təqdim edib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ