Marko Rubio: Rusiya 100 min əsgər itirdi


ABŞ dövlət katibi Marko Rubio Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, müharibədə hər iki tərəfin yüksək itki verdiyini bildirən Rubio: "İşlər prezident Tramp üçün böyük əhəmiyyət kəsb edir. Rusiya yanvar ayından bu yana 100 min əsgər itirdi. Bu rəqəm yaralıların sayını deyil, itkilərin sayını göstərir. Ukrayna tərəfindəki itkilər daha azdır, amma yenə də yüksəkdir. Tramp müharibəni bəyənmir".

Marko Rubio Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündən sonra mətbuata açıqlama verib.

Rubio rusiyalı həmkarı ilə Ukraynadakı müharibə ilə bağlı fikir mübadiləsi apardığını və görüş zamanı Rusiya nümayəndə heyətinin onlarla bölüşdüyü fikirləri Trampa çatdıracağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ