Tom Barak: Dəməşq ilə PKK/YPG arasında problem davam edir


ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Suriyanın şimal-şərqinin inteqrasiyası ilə bağlı Dəməşq rəhbərliyi ilə terror təşkilatı PKK/YPG arasında fikir ayrılığının davam etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Barak paytaxt Dəməşqdə Suriya prezidenti Əhməd Şara və PKK/YPG lideri Ferhat Abdi Şahinlə görüşündən sonra Associated Press (AP) xəbər agentliyinə açıqlama verib.

SDF adından istifadə edən PKK/YPG-nin Suriya ordusu içərisində ayrı bir blok olaraq mövcud olmaqda israrlı olduğuna diqqət çəkən Barak, bu vəziyyətin tərəflər arasında "əsas problem" olaraq qalmağa davam etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ