İran: Uranın istifadəsinə dair heç bir dəlil yoxdur


İranın Nüvə Təhlükəsizliyi Sistemi Mərkəzi İsrailin 12 günlük hücumlarında “tükənmiş urandan” istifadə edildiyinə dair iddiaları təkzib edib.

Turkustan.az xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyi (İSNA) Mərkəzin verdiyi yazılı açıqlamanı dərc edib.

"Sosial mediada yayılan bəzi xəbərlərdə düşmən qüvvələrinin İrana qarşı hücumlarda tərkibində tükənmiş uran olan sursatdan istifadə edildiyi iddia edilib. Araşdırmalar hələ ki, tükənmiş uranın istifadəsinə dair heç bir sübut aşkar etməyib", - bəyanatda deyilir.
Fars Xəbər Agentliyi iyunun 27-də yaydığı xəbərdə İsrailin hücumlarında tükənmiş uran bombalarından istifadə edildiyinə dair iddialara yer verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ