Estoniyanın təhsil naziri Kristina Kallas müsahibə zamanı aparıcının "8 dəfə 4-ün neçə edir" sualına cavab verə bilməyib və çətin vəziyyətə düşüb.
Turkustan.az xəbər verir ki, bu barədə "EA Daily" məlumat yayıb.
Aparıcı müsahibə zamanı Estoniyanın təhsil naziri Kallasdan sadə riyazi məsələni həll etməyi xahiş edib.
Cavabında nazir əvvəlcə “təhsil təkcə riyazi düsturlardan ibarət deyil” desə də, sualı yenidən soruşanda cavabını bilmədiyini səmimi etiraf edib. /axar.az/