Bakıda məşhur iş adamının oğlu faciəvi şəkildə öldü – FOTO


Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Ebrar Büyükfıratın ölüm səbəbi məlum olub.

Turkustan.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, yaşadığı binanın altıncı mərtəbəsindən yıxılıb.

Hadisə iyunun 28-i saat 12 radələrində Nərimanov rayonu C.Hacıbəyli küçəsi ev 104, mənzil 35-də baş verib

Türkiyə vətəndaşı 1998-ci il təvəllüdlü Büyükfırat Ebrar Abdurrahim Hüseyn yaşadığı binanın eyvanından yıxılıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ