Rusiyadan TƏHDİD: Bu baş verərsə, dünya cəhənnəmə çevriləcək


Dmitri Peskov İsrailin İranda hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamaları ilə bağlı "Heç bir ölkə və ya bir qrup ölkə başqa ölkələrdə hakimiyyət dəyişikliyini müzakirə etməməlidir. Bu baş verərsə, dünya cəhənnəmə dönə bilər" deyib.

Turkustan.az xəbər verir ki, Peskov “Rossiya-1” telekanalına açıqlamasında cari məsələləri dəyərləndirib.

Fransa prezidenti Emmanuel Makronun "Avropa İttifaqının (AB) yeni sanksiyalar paketi Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək" ifadəsini şərh edən Peskov: "Yalnız məntiq və arqumentlər Rusiyanı danışıqlar masasına oturmağa sövq edə bilər. Rusiyanı təzyiq və ya güc yolu ilə razı salmaq mümkün deyil"- deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ