İsrail KİV: ABŞ Qəzzada atəşkəs üçün Netanyahuya təzyiq etməyə hazırlaşır


İsrail mətbuatında çıxan xəbərlərə görə, ABŞ Qəzzada atəşkəs üçün İsrailə təzyiq etməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, xəbərdə Vaşinqtona səfər edəcək İsrailin strateji işlər naziri Dermerin Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması üçün təzyiqlərlə üzləşəcəyi bildirilib.

Vaşinqtona səfər edəcək İsrailin strateji işlər naziri Ron Dermerin Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi razılaşması üçün təzyiqlə üzləşəcəyi bildirilir.

İsrail mətbuatında yer alan xəbərlərə görə, Dermerin Vaşinqtona səfərində Qəzza zolağına hücumların dayandırılması, İsrailin ərəb ölkələri ilə imzaladığı normallaşma addımları və İbrahim razılaşmalarının genişləndirilməsi kimi regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.İsrailin “Haaretz” qəzeti Ağ Evin yüksək rütbəli rəsmilərinə istinadən yazıb ki, ABŞ prezidenti Donald Trampın komandasının yüksək rütbəli rəsmiləri Dermerə “Qəzzaya hücumları dayandırmaq və qalan girovların qaytarılması üçün razılığa gəlmək üçün” təzyiq edəcəklər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ