Hazırda polis “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirir.
Turkustan.az xəbər verir ki, polisin ofisi nəzarətə götürdüyünə dair məlumat yayılıb.
Məlumatı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Xatırladaq ki, “Sputnik-Azərbaycan”ın fəaliyyəti bir müddət öncə dayandırılmışdı. Buna baxmayaraq, sonradan yayılan məlumatlarda agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı bildirilib./modern.az