Müharibəyə ABŞ-dan sonra başqa "super güc" də qatılır: Seyirci qala bilmərik!


ABŞ-ın ən böyük geosiyasi rəqibi və İrandan ən çox neft alan ölkə olan Çin İran -İsrail müharibəsi ilə bağlı çox tənqidi açıqlama verib.

Turkustan.az xəbər verir ki, Çin bildirib ki, İsrail-İran münaqişəsi kəskinləşdiyi üçün səssiz qala bilməzlər. Digər tərəfdən Çin bu yaxınlarda müharibə başlayandan sonra İrana 3 yük təyyarəsi göndərdi. Yük təyyarələrinin hərbi texnika daşıdığı güman edilir.

Çin isə İsrailin İrana hücumları nəticəsində təhlükəsizlik vəziyyətinin pisləşməsi və İranın cavab tədbirləri ilə gərginliyin artması səbəbindən İran və İsraildəki vətəndaşlarını təxliyə etdiyini açıqlayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında bildirib ki, Çinin Tehrandakı səfirliyi və onun İrandakı konsulluqları qonşu ölkələrin köməyi ilə İrandakı 791 Çin vətəndaşını təhlükəsiz bölgələrə köçürüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ