"İranın "Buşehr" Atom Elektrik Stansiyasına edilə biləcək istənilən hücum Çernobıl faciəsi ilə müqayisə oluna biləcək miqyasda böyük fəlakətə yol aça bilər".
Turkustan.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyasının "Rosatom" baş direktoru Aleksey Lixaçyov xəbərdarlıq edib.
O vurğulayıb ki, stansiyada çalışan bəzi rusiyalı mütəxəssislər artıq təxliyə olunub, qalan hissəsinin isə qalıb-qalmaması dövlət korporasiyası tərəfindən qərarlaşdırılır.
Lixaçyov əlavə edib ki, "Rosatom" İsrail hakimiyyətinə müraciət edir və "Buşehr" AES-nə zərbə endirmək barədə hətta eyhamın belə olmamasına çağırır. /oxu.az/