İranın xarici işlər naziri Türkiyəyə səfərə hazırlaşır


İranın xarici işlər naziri Abbas Ərakçi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) şənbə günü İstanbulda keçiriləcək iclasında iştirak edəcək.

Turkustan.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclası 21-22 iyun 2025-ci il tarixlərində İstanbulda keçiriləcək.

Xarici İşlər Nazirliyi mənbələrindən alınan məlumata görə, görüşdə İranın xarici işlər naziri Ərakçi də iştirak edəcək. İclasda 40-dan çox xarici işlər nazirinin iştirakı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ