Biz İranda nüvə silahı proqramına dair heç bir dəlil görmədik - MAQATE sədri


“Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri İranın nüvə silahı proqramına malik olduğuna dair heç bir dəlil görmədilər”.

Turkustan.az xəbər verir ki, bunu MAQATE-nin direktoru Rafael Qrossi “Bloomberg” televiziyasına müsahibəsində deyib.

“Biz siyasi analitik və ya dövlət məmuru deyilik. İranın aktiv nüvə silahı proqramının olduğunu söyləmək üçünbizə konkret dəlil lazımdır və amma bunu görməmişik”, - deyə Qrossi bildirib.

Buna baxmayaraq, İranda nüvə enerjisinin inkişafı ilə bağlı vəziyyət MAQATE-nin narahatlığına səbəb olub. Qrossinin sözlərinə görə, heç kim uranı 60%-ə qədər zənginləşdirmir ki, bu da texniki baxımdan demək olar ki, 90%-ə bərabərdir, yəni nüvə silahı yaratmaq üçün lazım olan budur./modern.az


MANŞET XƏBƏRLƏRİ