İsrail-İran müharibəsinin 7-ci günü bütün şiddəti ilə davam edir.
Turkustan.az xəbər verir ki, səhər saatlarında İsrailin Ərak Nüvə Mexanizmini hədəf almasına cavab olaraq İran ordusu ölkənin demək olar ki, hər nöqtəsini raketlərlə vurub. Hücumun əsas hədəfinin “Komandirlik və Kəşfiyyat Qərargahı və Hərbi Kəşfiyyat Düşərgəsi” olduğunu açıqlayan İran ordusu, Soroka xəstəxanası və İsrail birjasını ballistik raketlərlə vurub.
İsrailin müdafiə naziri İsrael Katz daha sonra deyib ki, o, Netanyahu ilə İsrail ordusuna İrandakı "strateji hədəflərə hücumları gücləndirmək" göstərişi verib.
Dünyanı narahat edən müharibədəki gərginlik bu gün, belə demək mümkünsə, pik həddinə çatıb. İranın İsrailin nüvə obyektinə hücumuna cavab olaraq ballistik raket hücumu keçmiş ətraf mühit naziri Denni Navehin evini xarabalığa çevirdiyi halda, İsrailin müdafiə naziri Yisrael Katz "Müharibə cinayətlərinin əvəzini Xameneinin ödəyəcəyi" ilə hədələyib. Digər tərəfdən, bu gün İranın hücumları nəticəsində ölənlərin sayı 129-a çatıb.
Aytən Yaşar/Turkustan.az