Moskva Vaşinqtonu İrana qarşı hərbi əməliyyatlara müdaxilə etməkdən çəkindirir, çünki bu, idarəolunmaz nəticələrlə doludur.
Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində təşkil olunan brifinqdə deyib.
“Biz Vaşinqtonu vəziyyətə hərbi müdaxiləyə qarşı xüsusilə xəbərdar etmək istərdik ki, bu, həqiqətən gözlənilməz mənfi nəticələri olan son dərəcə təhlükəli addım olardı”- o deyib.
Aytən Yaşar/ Turkustan.az