İsraillə İran arasında müharibənin 7-ci günü çox şiddətli başladı. Arak nüvə obyektini hədəfə alan İsrail səhər saatlarında İran ordusundan çox ağır cavab alıb.
Turkustan.az xəbər verir ki, Soroka xəstəxanasını raketlərlə vuran İran ordusunun ikinci hədəfi İsrailin birja binası olub. Ərazidən yayılan görüntülərdə birja binasının dağıntıya çevrildiyi görünür. İranın bu səhər həyata keçirdiyi hücumlarda ilkin məlumata görə, azı 65 nəfər yaralanıb.
Aytən Yaşar/ Turkustan.az