Putin: İran bizdən kömək istəmir, amma biz lazım olanı etdik


Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində Sankt-Peterburq Konservatoriyasında dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin suallarını cavablandırıb.

Turkustan.az xəbər verir ki, görüşdə İrandakı siyasi çətinliklərə baxmayaraq, xalqın birləşdiyinə diqqət çəkən Putin: "Ümumiyyətlə, bu, hər yerdə belədir və İrandakı vəziyyət də istisna deyil" dedi.

Putin həmçinin İranın "yeraltı zavodlarının" yerində qaldığını qeyd edərək əlavə edib: "Bu kontekstdə hamımız münaqişəni dayandırmaq, razılığa gəlmək üçün yollar axtarmalıyıq. Düzgün olan şey, düşmənçiliklərə son qoymağın yollarını axtarmaq, həm İranın, həm də İsrailin maraqlarını təmin etmək yollarını tapmaqdır".

Rusiya və İranın yüksək səviyyədə qarşılıqlı etimadın olduğunu vurğulayan Putin: "İranın dinc nüvə enerjisi sahəsində maraqları təmin edilə bilər. İsrailin təhlükəsizliklə bağlı narahatlıqları aradan qaldırıla bilər. Seçimlər var" dedi.

Putin İsrail və ABŞ ilə detalları müzakirə etdiklərini də ifadə edərək: "İranlı dostlarımıza müəyyən siqnallar verdik. Ümumiyyətlə, həm İranın dinc nüvə enerjisində maraqlarını təmin etmək, həm də İsrailin təhlükəsizlik məsələlərində narahatlığını azaltmaq mümkündür" dedi. O, yekun qərarın İsrail və İranın siyasi rəhbərliyinə aid olduğunu vurğulayıb. Əlavə edib ki, strateji tərəfdaşlıq müqaviləsində (İran kömək istəsə də, istəməsə də) müdafiə ilə bağlı heç bir maddə yoxdur. Bizim iranlı dostlarımız da bunu tələb etmir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ