İsrail-İran müharibəsi 7-ci gündə də aramsız olaraq davam edir.
Turkustan.az xəbər verir ki, səhər saatlarında İsrailin Ərak Nüvə Mexanizmini hədəf almasına cavab olaraq İran ordusu ölkənin demək olar ki, hər nöqtəsini raketlərlə vurub.
Hücumun əsas hədəfinin “Komandirlik və Kəşfiyyat (IDF C4I) Qərargahı və Hərbi Kəşfiyyat Düşərgəsi” olduğunu açıqlayan İran ordusu, Soroka xəstəxanasını və İsrail birjasını ballistik raketlərlə vurub.
İran ordusunun Təl-Əvivə ballistik raket hücumu saniyə saniyə cib telefonu kameralarına düşüb və 3 nəfər həyatını itirib, ən azı 50 nəfər yaralanıb.
Digər tərəfdən, İran ordusunun İsraili vurmaq üçün istifadə etdiyi raketlərlə bağlı bir detal böyük səs-küyə səbəb olub. İranın İsrail tərəfindən öldürülən HƏMAS-ın keçmiş lideri Yəhya Sinvar və keçmiş Hizbullah lideri Həsən Nəsrullahın şəkillərini raketlərin üzərinə işləyib hazırladığı görülüb.
İsraillə İran arasında gərginliyin artmasının ardınca ABŞ Senatı da hərəkətə keçib. Senatda azlıqların lideri Çak Şumerin köməkçisinin sözlərinə görə, gələn həftənin əvvəlində bütün senatorların iştirakı ilə İranın gündəliyi ilə bağlı gizli brifinq keçiriləcək. Brifinqin dəqiq tarixi və vaxtı hələ müəyyən edilməyib.
Pentaqon rəsmilərinin, Dövlət Departamentinin nümayəndələrinin və Milli Kəşfiyyat Direktoru Ofisinin (ODNI) yüksək vəzifəli məmurlarının qapalı iclasda senatorlara məlumat verməsi gözlənilir. Gündəmdə İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyəti, İsrail və İran arasında son toqquşmalar, ABŞ bazalarına təhdidlər və Tehranın diplomatik mövqeyinin təfərrüatları ilə müzakirə ediləcəyi gözlənilir.
Aytən Yaşar/ Turkustan.az