İran mediası Tehran hökumətinin İsrailə tarixdə ən böyük raket hücumu etməyə hazırlaşdığını yazıb hücumda yüzlərlə PUA-dan istifadə ediləcəyini və İnqilab Keşikçiləri Korpusunun gün ərzində İsrailə qarşı cavab tədbirlərini davam etdirəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyası da İran Ordusu Quru Qoşunlarının komandanı Kiyomars Haydarinin İsrailə qarşı başlatdığı cavab tədbirləri ilə bağlı açıqlamalarını yayımlayıb . Haydari: "Yeni və qabaqcıl silahlarla intensiv pilotsuz təyyarə hücumları başlayıb və yaxın saatlarda daha da güclənəcək" dedi.
Keçən gecə və gündüz müxtəlif növ dağıdıcı və dəqiq gücə malik PUA-larla İsrailə qarşı cavab hücumları həyata keçirdiklərini bildirən Haydari: “Bu silahlar sionist rejimin Təl-Əviv və Hayfadakı strateji mövqelərini darmadağın etdi” dedi. İsrail ordusu gecə saatlarında İrandan ölkəyə atıldığı güman edilən 30 PUA-nı məhv etdiyini iddia edib.
İran mediası bu gün səhər saatlarında Mossad binasının ballistik raket hücumunda hədəf alındığını bildirib. İsrail Mossad binasının zədələnib-zərrilmədiyi barədə məlumat verməyib. İran rəsmiləri ötən gün açıqlama verərək, bu gün həyata keçirilən cavab hücumlarının uğurlu olduğunu bildiriblər.
Aytən Yaşar/ Turkustan.az