İsrail Hərbi Hava Qüvvələri İranın Təbriz şəhərinin hava limanına zərbələr endirməyə cəhd edib.
Turkustan.az xəbər verir ki, bu barədə NourNews bildirib.
Qeyd olunur ki, İranın hava hücumundan müdafiə sistemləri İsrailin hücumunu uğurla dəf edib.
Nəşrin məlumatına görə, İsrail Təbrizin Şəhid Mədəni Beynəlxalq Hava Limanına bitişik əraziləri vurmağa cəhd edib.
Agentlik qeyd edir ki, hazırda şəhərdə sakitlikdir, vəziyyət tamamilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır. .bakupost.az/