Ermənilər Zaxarovanı Azərbaycana “işləməkdə” ittiham edir


İddia olunur ki, 2020-ci il 9 noyabr üçtərəfli sazişində Rusiya tərəfi Qarabağda “erməni mədəni-tarixi irsinin qorunması ilə bağlı öhdəlik” götürüb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın erməni jurnalistlərin təxribatçı suallarına reaksiyası narazılıq doğurub.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət erməni jurnalist və politoloq Hayk Xalatyanın Qarabağda İkinci Dünya müharibəsi zamanı döyüşlərdə həlak olmuş ermənilərinin abidələrinin guya Azərbaycan tərəfindən dağıdılması ilə bağlı sualına reaksiyasından gedir. Mariya Zaxarova suala cavab olaraq deyib ki, Ermənistan tərəfi Avropa İttifaqı ölkələrində sovet əsgərlərinin abidələrinin dağıdılmasına diqqət etməlidir. Rusiyadakı erməni diasporasının saytı yekramos.org “Ermənistanın səsi” nə istinadən yazır ki, Zaxarovanın ritorikası Azərbaycan təbliğatının tezisləri ilə üst-üstə düşür. “Onun Avropa ölkələrində sovet əsgərlərinin abidələrinin sökülməsi nümunəsinə müraciəti erməni politoloqun birbaşa sualına ictimai cavab verməkdən açıq-aşkar yayınma idi. Aydındır ki, rəsmi brifinq həssas mövzularda qızğın çəkişmələr üçün doğru yer deyil, baxmayaraq ki, fərdi istisnalar çoxlarına azərbaycanpərəstliyi çoxdan məlum olan Rusiya Xarici İşlər Nazirliyi üçün çox faydalı olardı” deyə, sayt yazır.

İddia olunur ki, guya 2020-ci il noyabrın 9-da üçtərəfli sazişin imzalanması zamanı Rusiya tərəfi Qarabağda “erməni mədəni-tarixi irsinin qorunması ilə bağlı öhdəlik” götürüb. Mariya Zaxarovanın Avropa İttifaqı ölkələrində abidələri dağıdılmasını niyə reaksiya verilməməsi iradına erməni nəşrinin cavabı bu millətin mahiyyətini bir daha ortaya qoyub. Qeyd olunur ki, ermənilər sovet əsgərlərinin abidəsinin dağıdılmasına reaksiya verməməkdə hsaqlıdır, çünki sovet ordusunda digər millətlərinin nümayəndələri də var idi. “Qərbdə onların hamısını bir sözlə – rus adlandırmağa öyrəşiblər. Və bu abidələrin dağıdılması aktlarının sırf siyasi səbəbi var, Rusiya ilə birləşmiş Qərb arasında geosiyasi qarşıdurmanın nəticəsidir”. Yəni Zaxarova qınanır ki, o, Azərbaycanı ittiham etməli idi. O da iddia olunur ki, Rusiya Xarici İşlər Nazirliyi Qərblə qarşıdurmada çox cəsarətlidir, amma “Türkiyə və Azərbaycana açıq şəkildə təslim olur”.

Heç kimə sirr deyil ki, uzun illər erməni işğal altında qalan Azərbaycan torpaqlarındakı məscidləri, dini, tarixi, mədəni abidələri dağıdıblar. Dağlıq Qarabağ və ətraf rayonlarda rəsmi fəaliyyət göstərən 67 məscidin 63-ü tamamilə, 4 məscid isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmadığı kimi, işğal etdiyi ərazilərin abidələrini də dağıdıb. Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yerləri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilmiş, məhv və talan edilib. İndi ermənilər Azərbaycanın əzəli torpaqlarında qondarma qəhrəmanlarına qoyduqları “abidəni” tarixi hesab edirsə, bu onların problemidir. Zaxarova da yaxşı bilir ki, eremınilərin Qarabağda heç bir tarixləri yoxdur, o səbəbdən də erməninin təxribatçı sualına sərt reaksiya verib…


MANŞET XƏBƏRLƏRİ