Xameneinin evi qoruyucu qalxanla qorunmaya alındı


İsrail və İran arasında artan gərginlikdən sonra qarşılıqlı gərginlik davam edir.

Turkustan.az xəbər verir ki, ötən gün İsrailin İrana endirdiyi hava hücumlarında bir çox yüksək rütbəli iranlı komandirin həlak olmasının ardından İranın dini lideri Xamneyinin evinin də qorunduğu bildirilib.

Yerli şahidlərin New York Times qəzetinə verdiyi məlumata görə, İsrail İranın ali dini lideri Ayətullah Əli Xamenei və İran prezidenti Məsud Pezeşkianın iqamətgahları yaxınlığındakı əraziləri hədəfə alıb.

ABŞ mətbuatı İranın hava hücumundan müdafiə sisteminin fasiləsiz işlədiyini yazıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ