ABŞ prezidenti Donald Tramp ölkənin Yaxın Şərqdən şəxsi heyətinin bir hissəsini çıxarmaq qərarına gəldikdən saatlar sonra belə bir açıqlama verib.
Turkustan.az xəbər verir ki, Tramp Truth Social hesabında verdiyi açıqlamada ABŞ ordusunun yaxın günlərdə uğur qazanacağını bildirib.
"Mən həmişəkindən daha çox inanıram ki, yaxın günlərdə və gələcək hər nəsildə Birləşmiş Ştatlar Ordusu qələbədən sonra qələbə qazanacaq" deyən Tramp orduya müraciət edərək, "Amerikanı dünyanın uclarına qədər müdafiə edəcəksiniz" mesajını verib.
Trampın bəyanatları ABŞ-ın öz personalının bir hissəsini Yaxın Şərqdən çıxarmaq qərarına gəlməsindən sonra gəlib.
Aytən Yaşar/ Turkustan.az