Vitkov Ukrayna ilə bağlı görüşdə iştirak edəcək


ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun bu gün Berlində keçirilən Ukrayna sülh danışıqlarında iştirak edəcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ mediasına danışan Ağ Ev rəsmiləri Vitkoffun sabah Berlində keçirilməsi gözlənilən danışıqlarda iştirak edəcəyini bildiriblər.

Berlindəki danışıqlarda Ukraynanın Trampın sülh planı ilə bağlı ABŞ-a verdiyi cavabdan sonrakı son inkişafların müzakirə olunacağı gözlənilir.

Dekabrın 11-də ABŞ prezidenti Tramp Rusiya-Ukrayna məsələsinə artıq vaxt itirmək istəmədiklərini bildirib və danışıqlarla bağlı əlavə edib: "Görüşdə iştirak edib-etməməyə qərar verəcəyik. Əgər yaxşı bir şans hesab etsələr, görüşdə iştirak edəcəyimizi dedik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ