Rusiya Cənubi Qafqazı da işğal edəcək? - Merzdən sensasiya


Rusiya Prezidenti Vladimir Putinin aqressiv xarici siyasəti Ukrayna ilə bitməyəcək.

Turkustan.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz deyib.

“Ukrayna məğlub olarsa, Putin dayanmayacaq. Putin Avropada sərhədlərin əsaslı şəkildə dəyişdirilməsində və Sovet İttifaqının keçmiş sərhədləri daxilində bərpasında maraqlıdır. Bir vaxtlar bu imperiyanın tərkibində olmuş ölkələr üçün, hərbi təcavüz də daxil olmaqla, böyük təhlükə var”, - o bildirib.

Buna görə də Almaniya kansleri Ukraynaya davamlı yardım və Böyük Britaniya ilə strateji əməkdaşlığın AB xarici və təhlükəsizlik siyasətinin prioriteti olduğunu qeyd edib.

O, hazırkı vəziyyəti 1938-ci illə müqayisə edib və vurğulayıb ki, Münhen sazişindən sonra Adolf Hitler imperiya ekspansionist ambisiyalarının Avropa dövlətlərinin sülh siyasəti ilə gücləndiyini görüb və bir il sonra II Dünya müharibəsinə başlayıb./axar.az


MANŞET XƏBƏRLƏRİ