Tramp: "Çox ciddi qisas alınacaq"


ABŞ prezidenti Tramp Suriyada üç ABŞ vətəndaşının ölümünə səbəb olan silahlı hücumla bağlı "Çox ciddi qisas alınacaq" dedi.

Turkustan.az xəbər verir ki, Tramp həmçinin "Suriya prezidenti Əhməd Şara bu hücumdan son dərəcə qəzəbli və narahatdır" dedi.
ABŞ prezidenti Donald Tramp Suriyada İŞİD yaraqlısı tərəfindən törədilən və iki ABŞ əsgərinin və bir ABŞ vətəndaşının öldürüldüyü hücumla bağlı şərh verib.

Tramp deyib: "Suriyada üç böyük vətənpərvərin itkisinə yas tuturuq".

Tramp Suriyanın İŞİD-ə qarşı mübarizədə onlarla birlikdə vuruşduğunu vurğuladı və Suriya prezidenti Əhməd Şaranın da hücumdan çox kədərləndiyini qeyd etdi.

Tramp cavab verib-verməyəcəkləri ilə bağlı suala cavab olaraq "Bəli, cavab verəcəyik" deyib: "Bu, bizə və Suriyaya qarşı İŞİD hücumu idi və bu, çox, çox kədərlidir".

Hücumla bağlı sosial media hesabında verdiyi açıqlamada Tramp iki əsgərin və bir mülki tərcüməçinin itkisi ilə bağlı dərin kədərini ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ