Babayan HƏRƏKƏTƏ KEÇDİ - Qarabağ mövzusu...


Ermənistanda revanşist ritorika yenidən gündəmə gətirilir.

Turkustan.az xəbər verir ki, keçmiş “artsax müdafiə ordusu”nun (terror qruplaşması - red.) komandiri Samvel Babayan Ermənistan hakimiyyətini tənqid edən açıqlamasında Qarabağ məsələsinin guya “bağlanmadığını” iddia edib.

Babayan erməni cəmiyyətini yeni qarşıdurma psixologiyasına sürükləməyə çalışır.

Samvel Babayan öz çıxışında Azərbaycanın ərazi bütövlüyü və regionda formalaşmış yeni siyasi reallıqları faktiki olaraq inkar edir, Qarabağdan köç etmiş ermənilərin geri qayıdışı mövzusunu yenidən siyasi manipulyasiya alətinə çevirir. Bu ritorika sülh çağırışı deyil, Ermənistan cəmiyyətində məğlubiyyətlə barışmayan revanşist dairələrin mövqeyini əks etdirir.

Babayan Paşinyanı tənqid etsə də, onun çıxışı real sülh alternativi təqdim etməyib. Əksinə, o, Ermənistanın üzləşdiyi strateji məğlubiyyəti qəbul etmək əvəzinə “həqiqət”, “haqq”, “tarixi məsuliyyət” kimi anlayışlar arxasında revanşizmi legitimləşdirməyə çalışıb. Bu isə faktiki olaraq yeni qarşıdurma çağırışıdır.

Qarabağ məsələsi beynəlxalq hüquq və 2020–2023-cü illərdə yaranmış reallıqlar fonunda bağlanmış hesab olunur. Ermənistan daxilində bu mövzunu yenidən qızışdıran çıxışlar isə regionda sülh gündəminə açıq təhlükə yaradır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ