Ruslar ondan çox kəndi işğal edib, amma şəhərə girmək istəmir


Rusiya ordusunun ən əhəmiyyətli irəliləyişi ümumilikdə müharibə kontekstində danışsaq, Sum vilayətində müşahidə olunur. Pokrovsk istiqamətinə gəlincə, orada ruslar yalnız taktiki səviyyədə irəliləyirlər.

Turkustan.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Denis Popoviç bildirib.

“Sum vilayətində rusların irəliləyişi bu müharibənin miqyası baxımından nisbətən əhəmiyyətlidir. Bu, kifayət qədər hiss olunan bir irəliləyişdir. Düşmən artıq ondan çox sərhəd kəndini ələ keçirib. Məqsədi Sum şəhərinə daha yaxın mövqe tutmaq, dronlar və artilleriya vasitəsilə bu şəhər üzərində atəş nəzarəti qurmağa çalışmaqdır”, – deyə ekspert vurğulayıb.

Popoviçin fikrincə, düşmənin məqsədi Sum və vilayətin sakinləri üçün böyük problemlər yaratmaqdır.

O, həmçinin bildirib ki, hazırda ruslar Yunakovka istiqamətində irəliləməyə çalışırlar və Suma nisbətən yüksəklikdə yerləşən digər yaşayış məntəqələrinə doğru hərəkət edirlər. Bu cür ərazilərdən Rusiya ordusu vilayət mərkəzinə hücum etmək istəyir, lakin hazırda şəhərin işğalından söhbət getmir:

“Sonra, bəlkə gələcəkdə hansısa mərhələdə, düşmən birbaşa Sum şəhərinə hücum etmək üçün şərait yaratmaq istəyə bilər. Amma bu mərhələdə yox”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ