Hindistanda sərnişin təyyarəsi qəzaya uğradı: ölənlər var – ANBAAN VİDEO


Hindistandan Londona uçan “Air İndia” sərnişin təyyarəsi Əhmədabad hava limanında havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “İndia Today” məlumat yayıb.

Qəzadan dərhal sonra hadisə yerinə 7 yanğınsöndürən maşın cəlb edilib.

Məlumata görə, göyərtədə 242 (bəzi mənbələrə görə, 150 nəfər – red.) olub. Onların hamısının həlak olduğu deyilir. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ