Netanyahu İranla bağlı bu axşam təhülkəsizlik kabinetini toplayır


İsrailin baş naziri Benyamin Netanyahunun İranla bağlı vəziyyətlə bağlı son məlumat almaq üçün bu gün axşam saatlarında təhlükəsizlik kabineti ilə görüş keçirəcəyi bildirilir.

Turkustan.az xəbər verir ki, “Maariv” qəzetinin məlumatına görə, Netanyahu “İranın nüvə məsələsini” müzakirə etmək üçün geniş əsaslı siyasi-təhlükəsizlik kabineti iclası keçirəcək.

Digər tərəfdən, görüşdə Netanyahunun Qəzzada HƏMAS ilə vasitəçilər vasitəsilə aparılan atəşkəs və əsir mübadiləsi danışıqlarının son vəziyyətini də müzakirə edəcəyi qeyd edilib.

İyunun 10-da Netanyahu Qəzzada atəşkəs və məhbusların mübadiləsi razılaşması üzrə danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlayıb.

ABŞ mediasına danışan mənbələr İsrailin bir neçə gün ərzində İrana qarşı hərbi əməliyyat keçirməyi planlaşdırdığını iddia edir

NBC News-a mənbələr bildiriblər ki, İsrailin İrana hücumu ABŞ-ın dəstəyi olmadan həyata keçirilə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ