Şimali Koreya lideri Kim Çen In Rusiya Milli Günü münasibətilə prezident Vladimir Putinə göndərdiyi mesajda iki ölkə arasındakı münasibətləri “qırılmaz” adlandırıb.
Turkustan.az xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Kim Rusiyanın Milli Günü münasibətilə Putinə təbrik məktubu göndərib.
Kim Rusiya ilə əlaqələrin "qırılmaz" olduğunu qeyd edərək, "Ənənəvi dostluq Rusiyanın suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək üçün iki ölkənin şəxsi heyəti arasında qurulan yoldaşlıq sayəsində daha da möhkəmlənib" deyib.
O, iki ölkə arasındakı münasibətləri “silah qardaşları” kimi qiymətləndirib.
Aytən Yaşar/ Turkustan.az