24 fevral 2022-ci ildən indiyə kimi Rusiya tərəfi Ukrayna müharibəsində 1 milyon nəfərdən çox itki verib.
Turkustan.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
İtkilərə ölənlər və yaralananlar daxildir.
Həmçinin çox sayda texnika məhv edilib:
tank – 10 933 ədəd (son sutka ərzində +6),
döyüş zirehli maşınları – 22 786 ədəd (+3),
artilleriya sistemləri – 29 063 ədəd (+47),
hava hücumundan müdafiə vasitələri – 1 184 ədəd (+1),
operativ-taktiki səviyyəli PUA-lar – 40 435 ədəd (+138),
avtomobil texnikası və yanacaq çənləri – 51 715 ədəd (+136).
Bundan əlavə, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi zamanı aşağıdakı texnikalar da məhv edilib:
416 təyyarə,
337 helikopter,
28 gəmi/qayıq,
1 sualtı qayıq,
3337 qanadlı raket,
1413 reaktiv yaylım atəş sistemləri (RYAS),
3914 ədəd xüsusi təyinatlı texnika. /Bakıvaxtı.az/