ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin prezidentliyi dövründə onun "idrak qabiliyyətinin zəifləməsi"ndən əziyyət çəkdiyini və bunun ətrafındakılar tərəfindən gizlədildiyini iddia edərək, onun hərəkətlərinin araşdırılmasına göstəriş verib.
Turkustan.az xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, Trump, sələfi Baydenin prezidentliyi dövründə "idrak qabiliyyətinin azalması"ndan əziyyət çəkdiyini iddia etdi.
Tramp Baydenin illərdir ciddi koqnitiv geriləmədən əziyyət çəkdiyini göstərən məlumatlar olduğunu, lakin Baydenin yaxın ətrafının bu vəziyyəti ictimaiyyətdən gizlətdiyini söylədi.
O, Baydenin "şərtinə" baxmayaraq, bir çox icra sərəncamlarının imzalandığını, hakimlərin təyin edildiyini və çoxsaylı əfv fərmanlarının verildiyini vurğuladı.
Aytən Yaşar/ Turkustan.az