Rusiya və Ukrayna tərəfləri arasında İstanbulda keçirilən danışıqlar raundu sülh yolu ilə nizamlanma yolunda növbəti mərhələ oldu.
Turkustan.az xəbər verir ki, bu barədə TASS-a Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və LDPR lideri Leonid Slutski bildirib.
"İstanbul-2-nin ikinci raundu sülhə gedən yolda növbəti mərhələ oldu. Genişmiqyaslı əsir mübadiləsinin davam etdirilməsi ilə bağlı sazişlər hazırlanıb. Xəstələr və ağır yaralılar "hamı üçün" prinsipi ilə dəyişdiriləcək. Daha da çox rus əsgəri vətənə qayıdacaq. Bu, artıq çox mühüm nəticədir", - deyə, deputat bildirib.
Aytən Yaşar/ Turkustan.az