Nebenzya: Zelenski son ukraynalıya qədər döyüşü davam etdirmək əmri alır


Kiyevin avropalı sponsorları Vladimir Zelenskiyə son ukraynalıya qədər döyüşü davam etdirməyi əmr edir.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.

“Milyonlarla vətəndaşını itirmiş Ukrayna bu gün tam məğlubiyyətin astanasında olduğundan, “Ukrayna” PMC-nin avropalı sponsorları Zelenskiyə və onun qruplaşmasına Kiyev rejimini küçələrdə sonuncu ukraynalıları da yığmağa vadar edən son ukraynalıya qədər döyüşü davam etdirməyi əmr edir”- deyə, o vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ