Kreml: Rusiya nümayəndə heyəti iyunun 2-də İstanbulda olacaq


Kreml iyunun 2-də Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün İstanbulda keçiriləcək görüşün ikinci mərhələsinə hazır olacaqlarını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Ukrayna heyəti ilə İstanbulda görüşməyə hazır olduqlarını bildirən Kreml: "Ən yüksək səviyyəli danışıqlar yalnız heyətlərarası danışıqlardan nəticə alındıqdan sonra baş tutacaq" deyib.

Atəşkəs şərtlərinin İstanbulda müzakirə ediləcəyini açıqlayan Kreml: "Memorandumun həm Rusiya, həm də Ukrayna variantları İstanbulda müzakirə olunacaq, lakin detallar ictimaiyyətlə paylaşılmayacaq"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ