ABŞ prezidenti Donald Tramp ABŞ hökumətinin Hökumətin Səmərəliliyi Departamentində (DOGE) vəzifəsini tərk edən ən böyük dəstəkçisi İlon Maskı tərifləyib və cümə günü Oval Ofisdə vəzifəsini tərk edən milyarderlə mətbuat konfransı keçirəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, dünyanın ən zəngin adamı, SpaceX, Tesla və X platformasının icraçı direktoru, ABŞ prezidenti Donald Trampın seçki prosesi zamanı ən böyük dəstəkçisi olan İlon Mask ABŞ hökumətindəki Hökumətin Səmərəliliyi Departamentindən (DOGE) ayrıldığını açıqlayıb.
Maskın açıqlamasından saatlar sonra mövzu ilə bağlı açıqlama verən Tramp Truth Social-da "Bu, onun son günü olacaq, amma əslində deyil, çünki o, hər zaman bizimlə olacaq və bizə hər cəhətdən kömək edəcək. Elon əladır!" ifadələrdən istifadə edib.
Aytən Yaşar/ Turkustan.az