Aİ: Avropa ABŞ-ın qəzəbindən çəkinməlidir


Avropa Birliyinin (AB) müdafiə və kosmosdan məsul komissarı Kubilius bildirib ki, ABŞ-ın Avropaya xəyanət edəcəyindən şikayət etmək əvəzinə, qitədəki Amerika müdafiə resurslarını əvəz etmək üçün hərəkətə keçməlidirlər.

Turkustan.az xəbər verir ki, Andrius Kubilius Almaniyanın Axen şəhərində keçirilən Böyük Karl Mükafat Forumunda etdiyi çıxışında ABŞ-ın Avropadakı hərbi mövcudluğunun azaldılması ehtimalı ilə bağlı açıqlamalar verib.

Önümüzdəki 10 ildə Avropanın müdafiə baxımından öz ayaqları üzərində dayanmasının qaçınılmaz olduğuna diqqət çəkən Kubilius: "Çünki Amerikalılar getdikcə Avropadan geri çəkiləcək. Avropanı müdafiə etmək tək avropalılar üçün asan olmayacaq, amma buna hazır olmalıyıq" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ