Ukraynadakı münaqişəyə yalnız bu halda son qoyulacaq - Putinin şərtləri


Rusiya Ukrayna münaqişəsinin həlli çərçivəsində Qərbin NATO-nun şərqə doğru genişlənməməsi və sanksiyaların ləğvi ilə bağlı yazılı öhdəliyi ilə bağlı şərtlər irəli sürür.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Prezident Vladimir Putinin Ukraynada müharibəyə son qoymaq şərtləri arasında Qərb liderlərinin NATO-nun şərqə doğru genişlənməsini dayandırmaq və Rusiyaya qarşı bəzi sanksiyaları ləğv etmək barədə yazılı öhdəlik götürmək tələbi var. Bu, bir növ Ukrayna, Gürcüstan, Moldova və digər keçmiş sovet respublikalarının üzvlükdən formal şəkildə istisna edilməsidir”, - nəşr yazıb.

Məlumata görə, Rusiya, həmçinin Ukraynanın neytral qalmasını, Rusiyanın Qərbdəki dondurulmuş suveren aktivləri məsələsinin həllini, Ukraynada rusdilli əhalinin müdafiəsinin təmin olunmasını istəyir./publika.az


MANŞET XƏBƏRLƏRİ