Ukrayna Moskvanı vurdu: bina dağıldı, texnopark yandı


Moskvada mayın 28-nə keçən gecə pilotsuz uçuş aparatları ilə bağlı hava hücumundan müdafiə işləri fonunda partlayış səsləri eşidilib. Zelenoqradda hava hücumu nəticəsində texnoparkın ərazisində yanğın baş verib, binasına ziyan dəyib.

Turkustan.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin Teleqram kanalı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ümumilikdə 33 pilotsuz təyyarə vurulub.

Sobyanin ciddi dağıntı və tələfat olmadığını vurğulayıb. /axar.az/


MANŞET XƏBƏRLƏRİ