“Reuters”in verdiyi xəbərə görə, ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak Dəməşqdəki səfirliyin iqamətgahına gedib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dünən ABŞ-ın Ankaradakı səfiri Tom Barakın da “Suriya üzrə xüsusi nümayəndə” vəzifəsini icra edəcəyini açıqlayıb.
“ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın mənim Suriya üzrə xüsusi nümayəndəsim kimi fəaliyyət göstərməsindən məmnunam. Tom bilir ki, Suriya ilə radikalizmi dayandırmaq, münasibətləri yaxşılaşdırmaq və Yaxın Şərqdə sülhə nail olmaq üçün işləmək üçün böyük potensial var"-deyə, Trampın bəyanatında deyilir.
Aytən Yaşar/ Turkustan.az