ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Trampın tariflərini bloklayır


ABŞ Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Trampın digər ölkələrə gömrük rüsumlarının tətbiqi ilə bağlı qanuni səlahiyyətlərini aşdığını və bu tariflərin tətbiqini əngəlləmək qərarına gəlib.

Turkustan.az xəbər verir ki, məhkəmə ABŞ prezidenti Trampın digər ölkələrdən idxal etdiyi mallara tətbiq etdiyi gömrük rüsumları ilə bağlı bəzi özəl şirkət və ştatların hökumətə qarşı qaldırdığı iddiada qərarını açıqlayıb.

Qərarda qeyd olunub ki, qarşılıqlı əsaslı tariflər gömrük rüsumları vasitəsilə idxalı tənzimləmək üçün Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) ilə prezidentə verilən səlahiyyətləri aşır.

Qərarda Konstitusiyanın Konqresə ticarəti tənzimləmək və vergilər tətbiq etmək üçün yeganə səlahiyyət verdiyi və etiraz edilən tarif qərarlarının ləğv ediləcəyi və onların icrasının daimi olaraq bloklanacağı bildirilib.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Tramp administrasiyası məhkəmənin qərarına etiraz edib.

Bildirək ki, ABŞ prezidenti Tramp aprelin 2-də “Azadlıq Günü” kimi xarakterizə etdiyi, ABŞ-ın ticarət tərəfdaşlarına qarşılıq əsasında tariflərin tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.

Əsas tarif dərəcəsinin yüzdə 10 olacağını açıqlayan Tramp, ölkələrin tətbiq etdiyi tarifləri və tarifsiz maneələri nəzərə alaraq, ölkələrə görə dəyişən gömrük rüsumları dərəcələrini paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ