Rusiya Ukrayna ilə davamlı sülh üçün zəmanət tələb edir


Ukraynadakı münaqişənin həlli kontekstində Rusiyaya böhranın yenidən başlanmasının qeyri-mümkünlüyünə zəmanət verən hüquqi qüvvəyə malik mexanizmlərə ehtiyac var.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Afrika ölkələri ilə tərəfdaşlıq departamentinin rəhbəri Tatyana Dovqalenko deyib.

"Ukrayna tərəfi bizim mövqeyimizdən xəbərdardır, buna görə münaqişənin yekun və dayanıqlı həlli yalnız onun əsas səbəblərini tam və dönməz şəkildə aradan qaldırmaqla mümkündür. Bizə etibarlı, hüquqi qüvvəyə malik razılaşmalar, milli maraqları təmin edən, o cümlədən təhlükəsizlik sahəsində və böhranın yenidən başlanmasının qarşısını alan mexanizmlər lazımdır", -deyə, o, XIII Beynəlxalq Afrika Nümayəndələr Şurasının brifinqində deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ