Rusiya: İyunun 2-də İstanbulda görüş təklifinə Ukraynadan cavab gəlməyib


Kremlin sözçüsü Dmitri Peskov iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsinin keçirilməsi təklifinə Ukraynadan hələlik cavab almadıqlarını bildirib.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Rusiya prezidenti Vladimir Putinin müşaviri, İstanbulda danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskiyə və ailəsinə qarşı edilən təhdidləri izah edən Peskov: “Bu, tamamilə dəhşətlidir” deyib.

Rusiya İstintaq Komitəsinin məsələni araşdırdığını bildirən Peskov: “Bu təhdidlərin mənbəyi Ukraynadırsa, Kiyev rejimidirsə, vəziyyət çox daha ciddidir” deyə, bildirib.

Ukraynanın danışıqların yeni raundunu "pozacağı" halda Rusiyanın addımları ilə bağlı sualı cavablandıran Peskov deyib: "İyunun 2-də ikinci raund üçün İstanbulda görüşməyi təklif etdik. Ukraynadan cavab gözləmək və ona uyğun istiqamətlənmək lazımdır. Bildiyimə görə, Ukraynadan hələlik heç bir cavab gəlməyib".

Peskov Ukraynanın mümkün atəşkəslə bağlı Rusiyanın hazırladığı memorandumun "təcili" tələbini dəyərləndirərək, bunun konstruktiv yanaşma olmadığını bildirib.

Bildirək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən verdiyi yazılı açıqlamada Ukraynaya iyunun 2-də İstanbulda danışıqların yeni mərhələsini keçirməyi təklif etdiklərini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ