ABŞ ordusu Ukraynada hərbi əməliyyatlar zamanı dronlardan istifadə təcrübəsini fəal şəkildə öyrənir.
Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Amerika lideri Nyu-Yorkun West Point-də ABŞ Hərbi Akademiyasının məzunları qarşısında deyib: “İnanın, inanmayın, siz hər şeyin müharibə kimi sürətlə dəyişdiyi bir iş və peşədəsiniz”.
"Təəssüf ki, biz bunu Rusiya və Ukraynada görürük. Biz bunu öyrənirik və öyrənmək çox qorxulu bir şeydir, lakin biz müxtəlif döyüş formalarını görürük. Pilotsuz təyyarələrin bucaq altında, sürətlə və dəqiqliklə endiyini görürük. Biz heç vaxt belə bir şey görməmişik və bundan öyrənirik, sizin peşəniz çox sürətlə dəyişir"-deyə, Tramp əlavə edib.
Aytən Yaşar/ Turkustan.az