İsrailli məhbusların ailələri: Netanyahu "saxta qələbə" təqdim etməyə çalışır


İsrailli məhbusların ailələri bildiriblər ki, Qətərin paytaxtı Dohada keçirilən danışıqlardan öz nümayəndə heyətini geri çəkdiyi bildirilən Baş nazir Benyamin Netanyahu hökuməti "xəyali qələbənin saxta təsvirini təqdim etməyə çalışır".

Turkustan.az xəbər verir ki, ailələrin qurduğu çətir platformasından verilən açıqlamada Netanyahu rəhbərliyinin danışıqlar qrupunu geri çəkmə qərarından kədərləndikləri açıqlanıb.

"Xəyali qələbənin saxta təsvirini təqdim etmək üçün heç bir cəhd uğur qazanmayacaq." Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hökuməti açıqlamaları ilə tənqid edən ailələr Qəzzada saxlanılan yaxınlarının geri qaytarılması üçün mübarizəni davam etdirəcəklərini açıqlayıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ