ABŞ dövlət katibi: İranla razılaşma asan olmayacaq


ABŞ dövlət katibi Marko Rubio İranın uranı zənginləşdirməsinə imkan verməyəcək bir razılaşma əldə etməyə çalışdıqlarını, lakin belə bir razılaşmanın asan olmayacağını bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Rubio Senatın Xarici Əlaqələr Komitəsinin büdcə müzakirəsi zamanı senatorların İranla bağlı suallarını cavablandırıb.

Rubio bildirib ki, ABŞ prezidenti Donald Tramp Tehrana “çıxış yolu” təklif edib və İran bunu qəbul edərsə, bugünkündən daha da çiçəklənəcək.

Amerikalı nazir İranla danışıqların davam etdiyini və bu ölkənin “uranı zənginləşdirmək imkanlarına malik olmadığını” təmin etməyin onlar üçün prioritet olduğunu vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ