TƏCİLİ: Moskvada PUA hücumuna görə uçuşlar dayandırıldı


Rusiyanın paytaxtı Moskvanın bəzi hava limanlarında pilotsuz uçuş aparatları (PUA) tərəfindən həyata keçirilən hücumlara görə uçuşların dayandırıldığı bildirilib.

Turkustan.az xəbər verir ki, Rusiya Federal Aviasiya Agentliyindən (Rosaviatsiya) verilən yazılı açıqlamada, PUA hücumları səbəbindən Domodedovo və Jukovskiy hava limanlarında uçuşların dayandırıldığı qeyd edilib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukraynaya məxsus 39 PUA-nın, Moskva meri Sergey Sobyanin isə şəhərə hücum edən 3 PUA-nın vurulduğunu açıqlayıb.

Digər tərəfdən, Rusiya mətbuatında yer alan xəbərlərə görə, PUA hücumları səbəbiylə ölkənin Lipetsk və Tula bölgələrində mobil internet bağlanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ